Türkiyə və Avropa İttifaqı nümayəndələri Brüsselə toplanır

Türkiyə və Avropa İttifaqı nümayəndələri ikitərəfli əlaqələri gücləndirmək və iş birliyini artırmaq üçün bu gün Brüsseldə siyasi dialoq konfransı reallaşdıracaq.

751249
Türkiyə və Avropa İttifaqı nümayəndələri Brüsselə toplanır

   Avropa İttifaqı Xarici Əlaqələr şöbəsində (EEAS) təşkil olunacaq yığıncaqda Türkiyəni Avropa İttifaqı üzrə Nazirliyin əvəzedici səfiri Səlim Yenel və Xarici İşlər Nazirliyinin nümayəndəsi Mehmet Kamal Bozay təmsil edəcəklər. Görüşdə Türkiyənin Avropa İttifaqındakı daimi nümayəndəsi, səfir Faruk Kaymakcı da olacaq.

  Yığıncaqda xarici siyasət, dialoqlar prosesi, enerji, təhlükəsizlik, nizamsız köç, radikallaşma, terrorla mübarizə, Türkiyə vətəndaşlarına Avropada viza sərbəstliyi, Gömrük Birliyinin yenilənməsi, iqtisadiyyat və nəqliyyat mövzuları müzakirə ediləcək. Tərəflər gələn il hansı sahələrdə ortaq işlər görəcəyinə dair qərarlar verəcək və qarşılıqlı konkret addımlar atacaqlar.



Әlaqәli Xәbәrlәr