"Bu istək ölkəyə heç bir fayda gətirməz, əksinə..." R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə xanımla birlikdə İstanbulun Tarabya Köşkündə təşkil edilən iftar süfrəsi başında sənət adamları və idmançılarla bir araya gəlib.

751248
"Bu istək ölkəyə heç bir fayda gətirməz, əksinə..." R.T.Ərdoğan

   “Mədəniyyəti, incəsənəti, idmanı müəyyən qrupların əlində tutma istəyi ölkəyə heç bir fayda gətirməz, əksinə, bu münasibət hər sahədə üzüntüyə yol açar” deyən Ərdoğan bunları da söyləyib ki, "Mədəniyyət, sənət və idman sahələrində Türkiyə gücü və çevrəsinə uyğun deyil. İrfandan məhrum mədəniyyət, sənətdən məhrum idmanla heç bir yerə çata bilmərik. Bu yanaşma ilə nəinki dünya səviyyəsində ad və əsərlər, heç xalqımızın kiçik istəklərini belə həyata keçirə bilmərik. Dövlət mədəniyyəti, sənəti, idmanı təkcə idarə edən deyil, dəstəkləyən və təşviq edən olmalıdır. Sənətçilər dövlət məmuru deyil, çünki onlar öz azad dünyalarında fəaliyyət göstərir. Amma idmançılar da, sənətçilər də cəmiyyətə nümunə insanlardır. Bu məsuliyyəti daşıya bilməyənlər ancaq özlərinə deyil, xalqımıza da zərər verdiklərini bilməlidir".

  İstanbulun Taksim meydanındakı Atatürk Mədəniyyət Mərkəzinin sökülüb yerinə yeni bir əsərin inşa ediləcəyini də söyləyən Ərdoğan layihə işlərinin bitdiyini və işin tətbiqi hissəsinə keçəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr