Bingöldə bir əsgər şəhid oldu

Təhlükəsizlik qüvvələri tərəfindən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Gənc qəsəbəsinə bağlı Yeniyazı kəndi çölündə başlanan hava dəstəkli quru əməliyyatı davam edir.

751253
Bingöldə bir əsgər şəhid oldu

  Türkiyənin Bingöl şəhərinin Gənc qəsəbəsində separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatda bir əsgər şəhid oldu.

  Təhlükəsizlik qüvvələri tərəfindən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Gənc qəsəbəsinə bağlı Yeniyazı kəndi çölündə başlanan hava dəstəkli quru əməliyyatı davam edir. Əməliyyat zamanı terrorçuların yerləşdirdiyi minanın partlaması nəticəsində bir çavuş şəhid olub. Eyni bölgədə bir gün əvvəl də terrorçularla təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada bir çavuş şəhid olmuşdu. Bölgədə geniş miqyaslı əməliyyatlar davam edir.

  Bu arada qeyd edək ki, Türkiyə, İran və İraq sərhədlərinin kəsişdiyi Hakkari Təkəli bölgəsindəki sərhəddən keçmək istəyən üç PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən təsbit edilib və F-16 döyüş təyyarələriylə reallaşdırılan hava hərəkatında zərərsizləşdirilib.

  Əməliyyatlar zamanı terror təşkilatına aid silah-sursat anbarları da ələ keçirilib və məhv edilib.



Әlaqәli Xәbәrlәr