"Qətər böhranı dialoq və müşavirə ilǝ hǝll edilmǝli"

Türkiyə, Qətər böhranının dialoq və müşavirə ilə həlli uğrunda lazımlı addımları atır. Bunu Baş nazir Binali Yıldırım deyib.

748153
"Qətər böhranı dialoq və müşavirə  ilǝ  hǝll edilmǝli"

B.Yıldırım, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə Çankaya Köşkündə iftar yeməyi verib. Yıldırım tədbirdə etdiyi çıxışında: “Türkiyə yerləşdiyi coğrafiyada güçlü mövqeyə sahib olmalı. Körfəzdə cərəyan edən bütün hadisələr buna nə qədər zərurət olduğunu göz önünə sərir. Bölgə daha yeni problemlər ilə mübarizə edəcək mövqeyə sahib deyil. Körfəz böhranı dialoqla həll edilməlidir. Türkiyə bunun üçün əlindən gələn səyi edir. Suriya, İraq, Yəmən, Liviyada problemlər həll edilməmiş, axan qan dayanmamış yeni problemlər yaranmasın. Bunun üçün başda Prezidentimiz olmaqla hökumətimiz, yaşanan problemlərin dialoq yolu ilə həll üçün lazımlı addımları atır.



Әlaqәli Xәbәrlәr