Türkiyə İrandakı hücumları qınadı

Türkiyə İran Milli Məclisində və Ayətullah Xomeyninin türbəsi qarşısında yaşanan terror hücumlarını qınayıb.

747746
Türkiyə İrandakı hücumları qınadı

   Ölkənin Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “7 iyun səhər saatlarında Tehrandakı İran İslami Məşvərət Məclisi ilə İmam Xomeyni türbəsində eyni zamanda törədilən terror hücumları və həyatını itirənlər və yaralılar olduğu xəbərini kədərlə qarşıladı. Türkiyə bu mənfur hücumları qınayır, dünyadan köçənlər üçün “Allah rəhmət etsin” deyir, yaxınları başda olmaqla bütün İran xalqı və hökumətinə başsağlığı verir və yaralılara şəfalar diləyirik."

  Xatırladaq ki, İranın paytaxtı Tehranda parlament binası və Xomeyni türbəsi qarşısında eyni vaxtda törədilən hücumlarda 12 adam həyatını itirib, 2 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr