"TBMM-nin qərarı xainlərin mühakiməsinə maneə təşkil etmir":Bozdağ

Ədiyə naziri  B.Bozdağ 130 xainin vətəndaşlıqdan çıxarılmasını  nəzərdə  tutan  qərar  ilə əlaqəli  jurnalistlərə  açıqlama verib.

746822
"TBMM-nin qərarı xainlərin mühakiməsinə maneə təşkil etmir":Bozdağ

Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin quldurbaşı Fəthullah Gülənin Türkiyə vətəndaşlığının ləğv edilməsi, onun ölkəmizə ekstradisiya edilməsi qarşısında maneə  təşkil etmir. Bunu Ədalət naziri Bəkir Bozdağ deyib.

Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablayan Ədliyə naziri Bozdağ, bir cinayətkarı vətəndaşlıqdan çıxarmaq, onu mühakimə etmə hüququna  sahib ola bilməyəcəyimiz mənasını vermədiyini deyib.

 Aralarında fətonun quldurbaşı Gülən, Xalqların Demokratik Partiyası (HDP) Millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Həzər ilə HDP-nin keçmiş millət vəkili ÖZDAL Üçerin də olduğu 130 xainin 3 ay ərzində Türkiyəyə qayıtmamaları halında vətəndaşlıqlarının ləğv ediləcəyini nəzərdə tutan qərar ötən gün dövlət qəzetində nəşr olunaraq qüvvəyə minmişdi.



Әlaqәli Xәbәrlәr