Rusiya səfirinin şəhəri ilə Çeşmə qardaşlaşır

2016-cı ilin dekabr ayında sui-qəsd nəticəsində öldürülən, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlovanın Türkiyəyə etdiyi "qardaş şəhər" çağırışına İzmirin Çeşme şəhərindən cavab gəldi.

746981
Rusiya səfirinin şəhəri ilə Çeşmə qardaşlaşır

   Çeşmənin Bələdiyyə sədri Muhittin Dalgıç səfir A.Karlovun məmləkəti olan Rusiyanın Klintsi şəhəri ilə qardaş şəhər olmaq istədiklərini açıqladı: "Çeşmə qalasındakı muzeydə Türkiyə ilə Rusiya arasındakı tarixi bağları nümayiş etdirən, müharibədən sülh və əməkdaşlıq mesajları çıxaran Çeşme Dəniz Müharibədi salonumuz var. Burada 1770-ci il Çeşme dəniz döyüşünün tarixi fonunda iki xalqın dostluğunu vitrinə çıxarırıq. İndi də mərhum səfirin məmləkəti Klintsi ilə qardaş şəhər olmaqdan böyük qürur hissi duyarıq. Bu mövzuda işlərə başlayacağıq. Bundan başqa, Çeşmədə Türkiyə-Rusiya Dostluq Parkı və Xatirə abidəsi açmaq üçün də layihəmiz hazırdır.”

  Xatırldaq ki, səfir A.Karlovun həyat yoldaşı M.Karlova ərinin ölümündən 2 həftə əvvəl çox sevdiyi ata yurdu Klintsinin Türkiyənin hər hansı bir şəhərilə qardaş şəhər olmasını arzuladığını söyləmiş belə demişdi: “Ukraynanın Çernobıl şəhərinə yaxın Klintsi şəhərində nüvə fəlakətindən təsirlənmiş xəstə uşaqlar var. Onlar üçün dua edirik. Bu uşaqlar üçün Türkiyədə gəzinti təşkil edə bilərik."



Әlaqәli Xәbәrlәr