İbrahim Kalın:‘‘Türkiyə olaraq üzərimizə düşəni yerinə yetirməyə hazırıq’’

Türkiyə Prezident  Aparatının sozçüsü  İbrahim Kalın  Körfəz ölkələrinin Qətərə qarşı tətbiq etdiyi sanksiya qərarını narahatlıqla qarşıladıqlarını bildirib.

746332

İbrahim Kalın dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qətər ilə diplomatik danışıqlara başladığını qeyd edərək: ''Türkiyə olaraq üzərimizə düşəni yerinə yetirməyə hazırıq’’ deyib.

İbrahim Kalın verdiyi yazılı açıqlamada: ‘‘Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər bu məsələni  öz aralarında müzakirə və  dialoq yolu ilə həll etməlidirlər’’ deyib.

Qeyd edək ki,  Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb  Əmirlikləri, Bəhreyn, Liviya, Maldiv və Yəmən  Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini bildirmişdilər.

Әlaqәli Xәbәrlәr