Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatında iki mağara, anbar və sığınacaq yerlər dağıdıldı

Qars, Siirt və Hakkari vilayətinin ərazilərində təhlükəsizlik qüvvələri tərəfindən aparılan axtarış zamanı da xeyli miqdarda silah-sursat və ərzaq ələ keçirilib.

745982
Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatında iki mağara, anbar və sığınacaq yerlər dağıdıldı

Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələrinin İraqın şimalındakı Hakruk bölgəsinə istiqamətli həyata keçirdiyi hava əməliyyatında PKK terror təşkilatına məxsus iki mağara, bir anbar və bir sığınacaq yeri dağıdılıb.

Türkiyə Silahlı Qüvvələri tərəfindən yayımlanan açıqlamada bildirilib ki, Jandarm Xüsusi Təyinatlı dəstələr tərəfindən iyunun 3-də Hakkari vilayəti ərazilərində axtarış zamanı terror təşkilatına məxsus əl istehsalı olan 5 partlayıcı tapılaraq məhv edilib.

Türkiyə Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin ötən gün axşam radələrində İraqın şimalındakı Hakruk bölgəsinə təşkil etdikləri hava hücumunda da PKK terror təşkilatı tərəfindən istifadə olunan iki mağara, bir anbar və bir sığınacaq yeri dağıdılıb.

Qars, Siirt və Hakkari vilayətinin ərazilərində təhlükəsizlik qüvvələri tərəfindən aparılan axtarış zamanı da xeyli miqdarda silah-sursat və ərzaq ələ keçirilib.



Әlaqәli Xәbәrlәr