Müasir İpək Yolu və Türkiyə

Tarixçi professor Əbubəkr Sofuoğlu dövlət başçısı R.T.Ərdoğanın iştirakıyla Pekində imzalanan Yeni İpək Yolu Layihəsi ilə Türkiyənin iqtisadi və siyasi üstünlüyünü təkrar əldə edəcəyini söyləyib və bunları deyib.

746044
Müasir İpək Yolu və Türkiyə

  Türkiyənin Sakarya Universitetinin (SAÜ) Tarix fakültəsinin müəllimi, professor Əbubəkr Sofuoğlu dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakıyla Çinin paytaxtı Pekində imzalanan Yeni İpək Yolu Layihəsi ilə Türkiyənin iqtisadi və siyasi üstünlüyünü təkrar əldə edəcəyini söyləyib.

  Ə.Sofuğolu deyib: “1453-cü ildə İstanbulun fəthindən sonra Osmanlıya vergi vermək istəməyən Qərb ölkələri "bilinən yollardan bilinməyən hədəflərə çatmaq" fəlsəfəsiylə hərəkət edib coğrafi kəşflərə yönəldi. Və Qərb bu coğrafi kəşflərlə Osmanlıya iqtisadi baxımdan zərər verməyi bacardı. Osmanlını aradan çıxarmanın yolunu tapdılar, yəni İspaniyadan, Fransadan, İtaliyadan yüklədikləri malı Gibraltar boğazından çıxarıb, Afrikanın qərbindən cənuba doğru enib, oradan birbaşa Hindistana, Çinə çatdılar. Bu, onlara böyük bir zənginlik qazandırdı. Artıq heç bir güc onların qarşısında dura bilmədi. Bu şəkildə yeni dünyanın zənginliklərini daşıya bildikləri qədər daşıdılar.

  Dəmir İpək Yolu Layihəsi reallaşarsa, Türkiyə böyük bir üstünlük əldə edəcək. Çindən yüklənən mal mövcud nizamla Londona 4-8 həftədən də tez - 10-12 gün içində çatacaq. Sürət qatarları sayəsində isə mavi turlar təşkil ediləcək. 

  Avropalılar İstanbulda iki qitəni birləşdirəcək Üçüncü Boğaz Körpüsünün tikilməsinə qarşı çıxdılar. Türkiyənin sürət qatarları xəttlərinin inşasını istəmədilər. Ancaq İstanbuldan keçməyən bütün yollar daha bahalı və daha uzun məsafəlidir.

  İpək Yolu 500 illik bir aradan sonra yenidən Anadolu üzərindən Çindən İngiltərəyə çatacaq. Türkiyə bu zaman böyük mövqe qazanmış olacaq, kommersiya üstünlükləri əldə edəcək. Bununla Türkiyə həm də siyasi kart haqqı qazanacaq. Bu xəttin nemətlərindən faydalanan heç bir ölkə Türkiyəyə istəmədiyi bir işi gördürə, Türkiyəni narahat edəcək addımı atmağa məcbur edə bilməyəcək. Bu layihə Türkiyəyə yalnız iqtisadi deyil, eyni zamanda, siyasi qazanc təmin etmiş olacaq.”



Әlaqәli Xәbәrlәr