Türkiyə Rusiya ilə birgə döyüş təyyarələri istehsal edəcək

Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti  "Rostek"in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən  və digər Türkiyə-Rusiya layihələrindən danışdı.

745242
Türkiyə Rusiya ilə birgə döyüş təyyarələri istehsal edəcək


 Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti  "Rostek"in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən  və   digər birgə layihələrdən danışdı.
 
Çemezov  S-400 sistemi ilə bağlı birgə layihənin texniki danışıqlarının sona çatdığını bildirdi, hazırda S-400-lərin  maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd etdi.
 
"Rostek"in icraçı direktoru  Rusiya ilə Türkiyə arasında 5-ci nəsil döyüş təyyarəsi istehsalının da müzakirə edildiyinə diqqət çəkdi, bu barədə Türkiyənin lazımi infrastruktura malik olduğunu vurğuladı.
 
 Çemezov Türkiyənin öz təyyarələrinin montajını etdiyini xatırlatdı və:"Bütün bu proseslərin fonunda yeni və müasir bir şeylər istehsal edərik" dedi.
 
 Çemezov S-500 sistemlərilə bağlı olaraq hələ ki, bu sistemlərin Rusiya ordusunun inventarında olmadığınmnı bildirdi, bu mövzuya aid şərh vermək üçün  erkən olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr