Sigmar Gabriel:"Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün yollar axtarırıq"

Almaniya xarici işlər naziri Sigmar Gabriel bazar ertəsi günü həyata keçirəcəyi səfərində müzakirə ediləcək məsələlər arasında alman parlamentarilərinin İncirlik hərbi hava bazasındakı alman əsgərləri ilə görüş tələbinin olacağını da bildirdi.

745318
Sigmar Gabriel:"Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün yollar axtarırıq"

 Alman mətbuatında verilən xəbərlərə görə, Almaniya xarici işlər naziri Sigmar Gabriel Rusiyanın Sankt- Peterburq şəhərində verdiyi açıqlamada Türkiyəyə bazar ertəsi günü həyata keçirəcəyi səfərində müzakirə ediləcək məsələlər arasında alman parlamentarilərinin İncirlik hərbi hava bazasındakı alman əsgərləri ilə görüş tələbinin olacağını da deyib.
 
Gabriel Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə  gərginlik yaradan başqa məsələlərin də olduğunu qeyd edib və: "Türkiyə ilə əlaqələrimizi yenidən normallaşdırmaq üçün yollar axtarırıq" deyib.
 
 Almaniya xarici işlər naziri Sankt- Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdə Ukraynadakı münaqişəni də müzakirə etdiklərini bildirib.
 
 Sigmar Gabriel Ukraynanın şərqindəki böhran məsələsi ilə bağlı Ukrayna, Fransa, Almaniya və Rusiyanın qatıldığı Normandiya danışıqlarının hökumət və dövlət başçıları səviyyəsinə qədər davam edəcəyinə ümid bəslədiyini  qeyd edib.



Әlaqәli Xәbәrlәr