Putin Suriyaya aid bir sıra məsələdə Türkiyə ilə eyni görüşdə olduqlarını bildirdi

Putin Türkiyənin terror təşkilatı PYD/PKK ilə bağlı narahatlıqlarını bildiklərini qeyd edərək, bu mövzuda konstruktiv bir iş görməyə diqqət göstərdiklərini vurğuladı.

743978
Putin Suriyaya aid bir sıra məsələdə Türkiyə ilə eyni görüşdə olduqlarını bildirdi

Rusiya prezidenti Vladimir Putin Suriya mövzudunda Türkiyə ilə bir sıra məsələdə eyni görüşdə olduqlarını söylədi.

Putin beynəlxalq xəbər agentliklərinin  rəhbərləri ilə olan iclasda:" Türkiyə ilə açar mövzularda razılıq əldə olunmasaydı, Suriyada nə atəşkəs təmin oluna bilərdi, nə də deeskalasiya bölgələri barədə razılaşma olardı" dedi.

Putin Türkiyənin terror təşkilatı PYD/PKK ilə bağlı narahatlıqlarını bildiklərini də qeyd edərək, bu mövzuda konstruktiv bir iş görməyə diqqət göstərdiklərini vurğuladı.

Suriyanın bölünmə ehtimalından narahat olduqlarını dilə gətirən rus lideri deeskalasiya bölgələrinin qurulması ilə əlaqədar: "Bu bölgələr gələcəkdə Suriyanın bölünməsi üçün bir model rolunu oynamamalıdır. Əksinə, bu bölgələr ölkənin ərazi bütövlüyünün qorunması və gələcəkdəki siyasi dialoq üçün nümunə təşkil etməlidir" dedi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr