Edirnədə 124 miqrant saxlanılıb

Türkiyənin Edirnə şəhərində qeyri-qanuni yollarla  Avropaya keçməyə çalışan 124 miqrant saxlanılıb.

743344
Edirnədə 124 miqrant saxlanılıb

Jandarm dəstələri   Avropaya  qeyri-qanuni yollarla keçməyə çalışan bir qrup təsbit edib. Keçirilən əməliyyat nəticəsində  124 miqrant saxlanılıb.

Məlumata görə, miqrantlar Suriya, Pakistan, Əlcəzair, Gürcüstan, Mərakeş və Fələstin vətəndaşıdır.

Saxlanılan miqrantlar daha sonra  Ədirnə Miqrasiya şöbəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr