"İslam dininin əsasını sülh və harmoniya təşkil edir",İ.Kalın

İbrahim Kalın ‘‘Daily Sabah’’ qәzetində yer tutan məqaləsində İslam dininin sülh vә harmoniyaya әsaslandığını qeyd edib.

742220
"İslam dininin əsasını sülh və harmoniya təşkil edir",İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın dünyada pisliyə və təhrifə әsaslanan heç bir nizamın  sülh gәtirmәyәcәyini  deyib.

İbrahim Kalın ‘‘Daily Sabah’’ qәzetində yer tutan məqaləsində İslam dininin sülh vә harmoniyaya әsaslandığını qeyd edib.

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın son beş hәftә әrzindә Hindistan, Rusiya, Çin, ABŞ vә Brüsseldә görüşlәr keçirdiyini xatırladan İbrahim Kalın xaos mühitindә olan beynәlxalq sistemә sülh vә nizamın necә gәtirilә bilәcәyini qiymәtlәndirib.

Beynәlxalq terror, qlobal istilәşmә, irqçilik vә Suriyadakı müharibәyә diqqәt çәkәn İbrahim Kalın  bu problemlәrin ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Kalın dünyada sülh, əmin-amanlıq və harmoniyanın  fərdin özündə başladığını deyib.

İbrahim Kalın  "kimik" və "nə istəyirik" suallarının cavablandırılmasının vacibliyini vurğulayıb.

Prezident Aparatının sözçüsü İslamda sülh və harmoniyanın  əsas məfhumlar olduğunu da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr