“Hər iki tərəfin də xeyrinə olacaq”, K.Berqer

Avropa İttifaqı Türkiyə üzrə Nümayəndə Heyətinin başçısı Krisçen Berqer (Christian Berger) Türkiyənin terrorla mübarizədə Avropa İttifaqı üçün əhəmiyyətli ortaq olduğunu vurğulayıb.

741721
“Hər iki tərəfin də xeyrinə olacaq”, K.Berqer

  Türkiyə ilə Avropa İttifaqı arasında qarşıdakı aylarda enerji sahəsində keçiriləcək toplantıyla əlaqədar Trabzona gedən Krisçen təşkil edilən mətbuat konfransında terrorla mübarizə mövzusundan da danışıb. O deyib: “Türkiyə və Avropa İttifaqının terrorla mübarizədə əməkdaşlıq etməsi çox vacibdir. Üzv dövlətlər üçün də xarici cihatçılar və döyüşçülərin sərhədlərdən keçirilməsinin qarşısını almaq, hər iki tərəfin də xeyrinə tədbirlər görmək son dərəcə mühümdür. Bu məqsədlə Avropa İİttifaqı və Türkiyə arasında nizamlı şəkildə dialoq gedir, nazirlər bir araya gəlir, “yaxın əməkdaşlıq münasibətlərimiz var” söyləyə bilərik… Qaçqınlar üçün 3 milyard avro məbləğində dəstək müqaviləsi də tam icra ediləcək… Brüsseldə 3 aydır qaçqınlarla bağlı ardıcıl yığıncaqlar reallaşdırmışıq. Xüsusilə Suriya qaçqınları səhiyyə xidmətlərindən istifadə etsin deyə artıq klinikalar açılıb. Eyni zamanda, müəllimlərin təhsilinə dəstək təmin edilməsi planlaşdırılır. Suriyalı müəllimlərə türk, ərəb və bir Avropa dili öyrədilməlidir ki, onlar suriyalı uşaqlara daha yaxşı təhsil verə bilsinlər."



Әlaqәli Xәbәrlәr