Fətullahçi Terror Təşkilatına qarşı mübarizəmiz əzm və qətiyyətlə davam edəcək

Fətullahçi Terror Təşkilatına qarşı mübarizəmiz əzm və qətiyyətlə davam edəcək. Bunu Baş nazir Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının Mərkəz binazında verilən iftar yeməyində deyib.

741872
Fətullahçi Terror Təşkilatına qarşı mübarizəmiz əzm və qətiyyətlə davam edəcək

Baş nazir Yıldırım, prezident və AKP lideri Rəcəb Tayyib Ərdoğan, Nazirlər , Partiyanın Mərkəz Qərar və İdarə heyətinin üzvləri və qrup sədrlərinin qatıldığı yeməkdə etdiyi çıxışında 15 illik iqtidarları dövründə qarşılaşdıqları bütün maneələri aradan qaldırdıqlarını, 15 İyulda milləti və dövləti hədəf götürən xain feto çevrilişi başda olmaqla, alçaqca hazırlanan bütün planları millətin duası ilə, dəstəyiylə puça çıxardıqlarını qeyd edib. Fəto ilə mübarizəyə də toxunan Baş nazir Yıldırım: “Dövlətin tərkibinə sızan xain fəto təşkilatı üzvlərini hüquq normları çərçivəsində təmizləməkdə davam edirik. Bununla bağlı lazımlı addımlar ədalət çərçivəsində atılır. Kimsə fətoya qarşı mübarizəmizə məsnədsiz ittihamlarla zərbə endirməyə çalışmasın. Suriyada, İraq və İranda fərqli adlarla, fəaliyyət göstərən terror təşkilatlarını qış əməliyyatıyla məhv etdik. Bunu hər kəs idrak etməlidir ki, terror təşkilatlarına mərhəmət, əziz vətən və uğurda şəhid olan övladlarımıza xəyanət olar”.

Baş nazir Yıldırım, qlobal iqtisadi dalğalanmalara da toxunaraq: mənf təbliqatlara baxmayaraq bu vəziyyətdən ən az zərərlə xilas olduq. İqtisadiyyatımızı inkişaf etdirdik. Pulumuzun dəyər itirməsinin qarşısını aldıq. İxracatda yenidən rekorlar qıracaq istiqamətdə irəlləyirik. Birja İstanbul isə tarixi yüksəlişlərə səhnə olur” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr