"Avropa İttifaqına üzv olmaq bizim üçün labüd məsələ deyil",R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlüyün Türkiyə üçün zəruri olmadığının başa düşülməsinin vacibliyini bildirib.

739059
"Avropa İttifaqına üzv olmaq bizim üçün labüd məsələ deyil",R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlüyün Türkiyə üçün zəruri olmadığının başa düşülməsinin vacibliyini bildirib.

Dövlət başçısı Ərdoğan NATO dövlət və hökumət rəhbərlərinin yığıncağında iştirak etmək üçün Belçikaya səfərindən əvvəl ötən gün Əsənboğa Hava Limanında bəyanat verib.

Ərdoğan bildirib ki, Aİ üzərinə düşəni yerinə yetirməlidir. Biz 54 ildir üzərimizə düşəni yerinə yetiririk.  İttifaq hələ də nəyi gözləyir? Brüsseldə keçirəcəyimiz görüşlərdə bunları dilə gətirəcəyik. Bu başa düşülməlidir ki, ittifaqa üzv olmaq bizim üçün labüd məsələ deyil.

Terror mövzusuna da toxunan dövlət başçısı Ərdoğan bunun sadəcə bir ölkənin deyil bütün dünyanın probleminə çevrildiyini deyib.

Dövlət başçısı bildirib ki,  qlobal məsələlər ancaq qlobal səviyyədəki əməkdaşlıqla həllə qovuşdurula bilər. Hansı ölkədə olduğuna baxmayaraq, bu məsələyə qlobal səviyyədə yanaşılmalı və mübarizə aparılmalıdır.

Milli və beynəlxalq təhdidlər arasında terrorun ilk yeri tutduğunu deyən Ərdoğan vurğulayıb ki, bütün bu asimetrik təhdidlər həm milli həm də beynəlxalq səviyyədə əlbət bizim də təhlükəsizliyimizi ciddi olaraq təhdid edir. Terror bu təhdidlər arasında hazırda ilk yerdədir. Bütün bu problemlərin öhdəsindən gələ bilmək üçün qətiyyətli, prinsipli və əsaslı mövqeyin ortaya qoyulması da vacibdir.

NATO müttəfiqlərinin tamamilə həmrəy olmasının və əməkdaşlığının vacibliyini dilə gətirən Ərdoğan onu da deyib ki, son aylarda St.Peterburg, Stokholm, Paris və Manchesterdə baş verən terror aktları bizə terrorun regional məsələ olmadığını göstərdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyanın Adana şəhərindəki İncirlik hərbi bazasından çıxmaq istəməsi barədə isə deyib ki, bu mövzu ilə əlaqəli bizə edilən hərhansı müraciət yoxdur. Hətta keçən günlərdə gündəmlərində belə bir şey olmadığına dair alman rəsmilərin açıqlaması var. Belə bir addım atılacaqsa bizim üçün çox da önəmli bir mövzu deyildir. Getsələr biz onlara “yaxşı yol” deyərik, başqa heç nə…



Әlaqәli Xәbәrlәr