Ədalət və İnkişaf Partiyasının növbədən kənar üçüncü qurultayı ötən gün Ankarada keçirildi

Növbədən kənar qurultayda Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 998 günlük fasilədən sonra yenidən banisi olduğu partiyanın sədri seçildi.

736339
Ədalət və İnkişaf Partiyasının növbədən kənar üçüncü qurultayı ötən gün Ankarada keçirildi

Ədalət və İnkişaf Partiyasının növbədən kənar üçüncü qurultayı ötən gün Ankarada keçirildi.

Növbədən kənar qurultayda Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 998 günlük fasilədən sonra yenidən banisi olduğu partiyanın sədri seçildi.

Qurultayda 1370 nümayəndənin imzası ilə dövlət başçısı Ərdoğan tək namizəd kimi irəli sürüldü.

Partiyanın  nizamnamə dəyişikliyinin də keçirildiyi qurultayda sədr vəkilliyi də qəbul edildi.

Bununla da baş nazir Binəli Yıldırım partiyanın sədr vəkili olacaq.

Baş nazir Binəli Yıldırım partiyanın sədri kimi son dəfə etdiyi çıxışda Ədalət və İnkişaf Partiyasında Ərdoğansız keçən müddətdə onun mənəvi varlığının hər zaman hiss edildiyini söyləyib.

Türkiyənin ciddi problemlərin öhdəsindən gəldiyini vurğulayan Yıldırım AK Partiyanın və Türkiyənin bundan güçlənərək çıxdığını qeyd edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da etdiyi çıxışda FETÖ, PKK və DEAŞ kimi terror təşkilatları ilə mübarizənin Türkiyənin gələcəyi və davamlılığı məsələsi olduğunu söyləyib.

Fövqəladə vəziyyət rejiminə də toxunan Ərdoğan deyib ki, Fransada deməli 1-1,5 fövqəladə vəziyyət rejimi var. Mənim ölkəmdə çevrilişə cəhd edilir. Bunun qarşısında qərb dünyası bizim bu qərarımıza etiraz edir. Ölkədə rifah, dinclik hakim olanadək fövqəladə vəziyyət rejimi davam edəcəkdir.

Türkiyənin Avropa İttifaqı ilə üzvlük məsələsini də dəyərləndirən Ərdoğan bildirib ki, Avropa İttifaqının şərəfimizi gözdən yayındıran ikiüzlü siyasətinə daha çox dözüm göstərmək məcburiyyətində deyilik.  Son bir ayda reallaşdırdığımız səyahətlər Türkiyənin qarşısında daha böyük dünyanın açıq olduğunu göstərir.

İlin axırınadak partiya təşkilatında ciddi dəyişikliklər olacağını qeyd edən dövlət başçısı Ərdoğan qarşıdakı ayların Türkiyənin terrorla mübarizədən iqtisadiyyata, haq və azadlıqların əhatə dairəsinin genişlədilməsindən sərmayə qoyuluşlarına qədər hər sahədə ciddi addımlar atacağını ifadə edib.



Әlaqәli Xәbәrlәr