New Yorkda 36-cı Türk Günü Yürüşü və Festivalı keçirildi

Amerika Birləşmiş Ştatlarının New York şəhərində 36-cı Türk Günü Yürüşü və Festivalı çərçivəsində parad keçirildi.

736107
New Yorkda 36-cı Türk Günü Yürüşü və Festivalı keçirildi

Amerika Birləşmiş Ştatlarının New York şəhərində 36-cı Türk Günü Yürüşü və Festivalı çərçivəsində parad keçirildi.
 
 Erməni terrorçularının 36 il əvvəl Türk diplomatlarını şəhid etməsinə reaksiya məqsədilə New York küçələrində başlanılan və daha sonra Türk mədəniyyətinin təbliği məqsədini güdən festivala çevrilən, hər il keçirilən Türk Günü Yürüşü Manhattanda, Medison Avenyu-dakı 53-ci küçədə başladı və Birləşmiş Millətlər Təşkilatının yaxınlığındakı Dag Hammarskjold Parkında başa çatdı.
 
 Yürüşdə Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Firudin Sinirlioğlu, New York baş konsulu Ertan Yalçın, ŞKTR-in New York  nümayəndəsi Mehmet Dana, Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Atilla Pak, Beşiktaş Bələdiyyə sədrinin müavini Çətin Kırışgil, ABŞ-dakı Türk cəmiyyətinin nümayəndələri, bəzi dərnək və komandaların tərəfdarları  iştirak etdilər.
 
 Yürüşə qatılanlar əllərində Türk bayraqları ilə ifaçılarla birlikdə mahnılar oxudular.
 
 New York baş konsulu Ertan Yalçın yürüşün Türklərin birlik və bərabərliyi baxımından əhəmiyyətini qeyd etdi.
 
 Türk Günü Yürüşünün amerikan cəmiyyəti içindəki mövcudluqlarını bildirmək üçün bir fürsət olduğunu bildirən Yalçın:"Bu gün vətəndaşlarımız və soydaşlarımız bir araya gələrək Türk olmağın qürurunu bölüşür, birlik və bərabərliyi möhkəmləndirirlər. Ölkəmizin, mədəniyyətimizin tanınması üçün onların üzərinə mühüm vəzifələr düşür. Birlik və bərabərlik içində hərəkət etmək, bu vəzifəni layiqincə yerinə yetirmək əsas şərtdir" deyə danışdı.



Әlaqәli Xәbәrlәr