Rəcəb Tayyib Ərdoğan Donald Tusk və Jean-Claude Juncker ilə görüşəcək

Görüş mayın 25-də Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

735735
Rəcəb Tayyib Ərdoğan  Donald Tusk və  Jean-Claude Juncker ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jean-Claude Juncker ilə görüşəcək.
 
 Aİ Komissiyasının baş sözçüsü Margaritis Schinas  gündəlik mətbuat konfransında verdiyi açıqlamada Ərdoğan, Tusk və Juncker arasındakı görüşün mayın 25-də Belçikanın paytaxtı Brüsseldə olacağını söylədi.
 
 Prezident Ərdoğan 25 mayda NATO-nun yeni qərargahının açılışı münasibətilə keçiriləcək sammitdə iştirak edəcək.
 
 Ərdoğanın sammit çərçivəsində bəzi liderlərlə ikitərəfli görüşü planlaşdırılır.
 
Qeyd edək ki, Aİ qurumlarının rəhbərlərinin Ərdoğanla görüşmək istəyini ilk olaraq Almaniya kansleri Angela Merkel aprelin 29-da keçirilən Aİ Liderlər Sammitindən sonra açıqlamışdı.



Әlaqәli Xәbәrlәr