19 May Türkiyədə necə keçir?

Bu gün - 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı günü həm də Türkiyə Respublikasının qurulmasına gedən yolda ilk addım və uca türk millətinin müstəqillik üçün məşəl atəşləndirdiyi tarixin 98-ci ildönümüdür.

735448
19 May Türkiyədə necə keçir?

  Bu mənalı gün ölkə daxili və xaricində tədbirlərlə qeyd olunur.

  19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı paytaxt Ankarada ilk olaraq Anıtkabirdə keçirildi. Gənclik və İdman naziri Akif Çağatay Kılıç və rəsmi heyət Atatürkün mavzoleyinə çələng qoydu. Sonra nazir Misaki-Milli Qülləsinə keçərək Anıtkabirin xatirə dəftərinə ürək sözləri yazdı.

  Nahardan sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da gənclərlə Cumhurbaşkanlığı İqamətgahında bir araya gələcək. Daha sonra baş nazir Binəli Yıldırım Şimali Kipr Türk Respublikasından gələn gənclərlə Çankaya Köşkünde görüşəcək.

  Cümhuriyyət Xalq Partiyası – CHP-nin sədri Kamal Kılıçdaroğlu da Kızılaydan Anitkabirə gedən gənclik paradına qoşulacaq.

  Qurtuluş məşəlinin alışdığı Samsunda bayram tədbriləri çərçivəsində Fənər Alayı və Gənclik Festivalı Paradı keçirilib. 500 izçi və təxminən 3 min adamın iştirakıyla reallaşan paradda marşlar oxlunub, halaylar çəkilib.

  İstanbulun da Taksim meydanında Cümhuriyyət Abidəsi qarşısında tədbir keçirilib. Abidə qarşısına çələng qoyulub, bir dəqiqləlik sükut eləan olunub və sonra İstiklal Marşı oxunub.



Әlaqәli Xәbәrlәr