Çavuşoğlu Türkiyə gündəmini dəyərləndirdi

Türkiyənin özəl telekanalında çıxış zamanı M.Çavuşoğlu gündəmlə bağlı bunları deyib.

735012
Çavuşoğlu Türkiyə gündəmini dəyərləndirdi

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika rəhbərliyindən separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG-yə verdikləri silahların Türkiyəyə qarşı istifadə edilməyəcəyinə dair söz aldıqlarını bildirib.

  Türkiyənin özəl telekanalında çıxışı zamanı Çavuşoğlu gündəmlə bağlı bunları deyib:

  “Ölkə başçısı Ərdoğan 16 mayda Amerika Birləşmiş Ştatlarına getdi və müttəfqilərinə bütün mesajlarını dəqiq verdi.

  Terror təşkilatı DAEŞ-ə qarşı əməkdaşlıq üçün Türkiyənin də şərtləri var.

  İçində YPG üzvü terrorçuların olduğu yerdə biz yoxuq.

  ABŞ-ın DAEŞ-lə Mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak Kurkun terror təşkilatı PKK/PYD-yə dəqiq dəstəyi var və bu adam dəyişilməlidir.  

  Ərdoğan Vaşinqton görüşü zamanı “Suriyanın Rakka şəhərinə əməliyyat olarsa, bu bölgənin rəhbərliyi yenə ərəblərə təslim ediləcək” dedi.

  15 İyul Çevriliş Cəhdini törədən Fətullahçı Terror Təşkilatı FETÖ-nün ABŞ-da olan başçısının qaytarılması tələbi Amerikan rəhbərliyinə təkrar bildirildi. İnzibati tədbirlərin görülməli və ABŞ-da istintaq başlamalıdır. Gülən Türkiyəyə qaytarılana qədər həbs-qəti tədbirlər görülməlidir. Tramp bu tələblərə təkra baxılacağını dedi.

  Almaniyalı həmkarım Siqmer Qabriel "Türkiyə şantaj edir" deyir. Amma Almaniya hələ də “Biz Türkiyəyə qarşı istədiyimizi edərik” zehniyyətindədir. Sizin ikili standartlarınıza boyun əymərik. Türkiyəyə bir müdir deyil, dost kimi yanaşacaqsınız. Almaniya rəhbərliyi Adanadakı İncirlik hərbi bazasında əsgərlərini geri çəkmə qərarı verib. Özləri bilər. Gəlmək istədilər, kömək etdik. Ayrılmaq istəsələr də, “gülə-gülə” deyirik."



Әlaqәli Xәbәrlәr