Rəcəb Tayyib Ərdoğan:"Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donal Trumpla Ağ Evdə görüşdü.

733634
Rəcəb Tayyib Ərdoğan:"Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur"

      Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları ilə  terror təşkilatı DEAŞ başda olmaqla, bütün terror təşkilatlarına qarşı müştərək bir həmrəylik nümayiş etdirmənin əhəmiyyətinə toxunaraq: "Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur. Xüsusilə, PYD/YPG-nin  tərəf olaraq qəbul olunması qlobal sazişə uyğun deyildir" dedi.
   

     Prezident Ərdoğan ABŞ prezidenti Donald Trumpla görüşündən sonra keçirilən mətbuat konfransında iki ölkə arasındayakı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkdi.
 

     "Dialoq və həmrəyliyimizi davam etdirəcəyik. Bu səfərimiz tarixi  dönüş nöqtəsi olacaq",- deyən Ərdoğan:"Köklü keçmişi olan Türkiyə-ABŞ münasibətlərindən danışdıq.Türkiyə ilə ABŞ arasında münasibətlər müştərək əlaqələr müstəvisində inkişaf etmişdir. Aramızdakı münasibətləri güclü saxlamağımız qlobal sülh üçün əhəmiyyətlidir. Əsasən, ABŞ ilə Birləşmiş Millətlər Təşkilatı və NATO kimi açar təşkilatlar ilə yaxın əməkdaşlıq edilir. Dialoq və həmrəyliyi daha da gücləndirməkdə qərarlıyıq" ifadələrini işlətdi.
 
     Görüşdə Suriya və İraqda bundan sonra atılacaq addımlardan da danışıldığını qeyd edən prezident: "Bölgənin  sabitliyində  Türkiyə-ABŞ əməkdaşlığı çox əhəmiyyətlidir. Trump ilə daha intensiv təmaslarda olmaq fikrindəyik" dedi.
 
     Ərdoğan: "Cənab prezidentə 15 iyul dövlət çevrilişi cəhdinin səbəbkarı FETÖ ilə əlaqədar gözləntilərimizi də açıq şəkildə ifadə edəcəyəm" dedi.
 
     ABŞ prezidenti Donald Trump da "Ərdoğanla görüşümüzə çox şadıq" deyərək sözlərinə başladı.
 
     Trump: "Terrorla mübarizədəki yeni düşmənimizə qarşı fəaliyyət göstəririk.Türkiyəni terrora qarşı apardığı mübarizəsində dəstəkləyirik" dedi.
 
     Suriyadakı zorakılığın azaldılması üçün sərf olunan səyləri də təqdir etdiklərini bildirən Trump: "Türkiyənin silah sifarişi tələblərini həyata keçirməyə hazırıq" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr