Türkiyə Şimali Koreyanı qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir

732786
Türkiyə Şimali Koreyanı qınadı

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir: "Şimali Koreya Demokratik Xalq Respublikasının 14 may 2017-ci il tarixində etdiyi ballistik raket sınağını qınayırıq. Sözü gedən mövzu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qərarlarının açıq şəkildə pozulması deməkdir. Şimali Koreya mövcud dialoq fürsətlərini bilərəkdən dəyərləndirmir, bölgədəki sülh və təhlükəsizlik mühitinə zərər verir. Onu bu davranışlara son qoymağa çağırırıq.”

  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da Şimali Koreyanın son ballistik raket sınağını qınayıb, yeni sanksiyalar tətbiq edəcəyi xəbərdarlığını edib.

  BMT üzvü olan 15 ölkə Şimali Koreyaya qarşı sanksiyalar tətbiqilə bağlı şərhlər verib, digər ölkələrə də bu mövzuda dövriyyəyə girmək çağırışı olunub.



Әlaqәli Xәbәrlәr