“Səfərimiz vergül deyil, nötqə hökmündə olacaq”, R.T.Ərdoğan

Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl Çində jurnalistlərin suallarını cavablandırıb.

732769
“Səfərimiz vergül deyil, nötqə hökmündə olacaq”, R.T.Ərdoğan

  Çinin paytaxtı Pekində Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl Çində jurnalistlərin suallarını cavablandırıb.

  Ərdoğan deyib: "Bizim Amerika səfərimiz vergül deyil, nötqə hökmündə olacaq.”

  ABŞ prezidenti Donald Tramp və Ərdoğan görüşündə regional və beynəlxalq məsələlər müzakirə ediləcək: başda DAEŞ olmaqla terrorla mübarizə, İraq və Suriyada son vəziyyət, Rakka əməliyyatına hazırlıq və FETÖ başçısı Fətullah Gülənin qaytarılması məsələləri danışılacaq.

  Amerikada, eyni zamanda, ABŞ-ın məşhur şirkət rəhbərləri də Ərdoğanla görüşəcək.



Әlaqәli Xәbәrlәr