Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekindən Washingtona səfər etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekində keçirdiyi görüşlərini başa vuraraq bugün də ABŞ prezidenti Donald Trumpla görüş keçirmək üçün Washingtona hərəkət edib.

732297

Dövlət başçısının Washingtonda Trumpla mayın 16-da təkbətək görüşü olacaq sonra isə heyətlər arasında keçiriləcək görüşlərdə iştirak edəcək.

İki lidərin görüşündə regional və beynəlxalq mövzuların müzakirə ediləcəyi gözlənilir.

Səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı Fətullahçı terror təşkilatının quldurbaşı Fətullah Gülənin Türkiyəyə verilməsi, Suriya və İraqda yaşanan hadisələr və terrorla mübarizə barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Ərdoğan səfəri çərçivəsində qeyri-hökumət təşkilatları və bəyin mərkəzləri ilə iş adamlarının nümayəndələrini də ayrı-ayrılıqda qəbul edəcək.

Rəcəb Tayyib Ərdoğanı bu səfərdə Ədliyyə naziri Bəkir Bozdağ, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekçi, Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrak və Milli Müdafiə naziri Fikri İşık müşayiət edir. 

Әlaqәli Xәbәrlәr