B.Yıldırım:''Sevgi və mərhəmətin timsalı olan analarımızı Analar Günü münasibətilə təbrik edirəm'

Türkiyənin baş naziri Binəli Yıldırım  14 may Analar Günü münasibətilə bütün anaları təbrik edib.

731667
B.Yıldırım:''Sevgi və mərhəmətin  timsalı olan analarımızı  Analar Günü münasibətilə  təbrik edirəm'

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

“Səbir, şəfqət, sevgi və mərhəmətin  timsalı olan analarımızı  Analar Günü münasibətilə  təbrik edirəm. Bu xoşbəxt günündə övladını qucaqlaya bilməyən ürəyi yaralı şəhid analarına  ölkəmiz və millətimiz adından minəttarlığımı bildirirəm’’ – deyə Türkiyənin baş naziri Binəli Yıldırım  deyib.

Baş nazir:  ‘‘Bizi  daim qoruyan,  xoşbəxtliyimizi öz xoşbəxtliyi, kədərimizi isə öz kədəri hesab edən  və varlığı ilə həyatımıza məna qatan  analarımızın haqqlarını  ödəyə bilmərik. Bütün analarımızın  Analar  Gününü təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram’’ deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr