Yaralanan əsgər şəhid oldu

Türkiyənin Şırnak bölgəsinin Uludere rayonunda yerləşən Best Dereler mövqeyində separatçı terror təşkilatı PKK-çılarla çıxan qarşıdurmada bir əsgər yaralanıb və şəhid olub.

731396
Yaralanan əsgər şəhid oldu

  23-cü Jandarma Sərhəd Diviziya Komandanlığının Best Dereler mövqeyində terror təşkilatı PKK-ya qarşı davam edən əməliyyatında ərazi-axtarış tədbirləri nəticəsində terrorçular təhlükəsizlik qüvvələrinə atəş açıb. Açılan atəşə dərhal cavab verilməsiylə çıxan qarşıdurmada bir əsgər ağır yaralanıb. Vertolyotla aparıldığı Şırnak Dövlət Xəstəxanasında bütün müdaxilələrə baxmayaraq yaralı əsgər şəhid olub.



Әlaqәli Xәbәrlәr