Londonda keçirilən görüş dürüst, şəffaf və səmərəli olmuşdur

ABŞ-ın Müdafiə naziri Cim Mattis Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizəsinə dəstək verdiklərini bildirib.

730646
Londonda keçirilən görüş dürüst, şəffaf və səmərəli olmuşdur

“Türkiyənin Baş naziri Binali Yıldırım ilə Londonda keçirdiyim görüş dürüst, şəffaf və səmərəli olmuşdur"

Bunu ABŞ-ın Müdafiə naziri Cim Mattis ölkəsinin hərbi təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

ABŞ-ın terror təşkilatı PKK/PYD-yə silah yardımı ilə əlaqəli Türkiyənin narahatlıqlarını qəbul etdiyini dilə gətirən Mattis Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizəsinə dəstək verdiklərini bildirib.

Mattis qeyd edib ki, ABŞ və Türkiyənin bu problemin öhdəsindən, Türkiyənin təhlükəsizliyinə, NATO-nun təhlükəsizliyinə və terror təşkilatı DEAŞ-a qarşı davam etdirilən əməliyyata lazım olan əhəmiyyəti verərək gələ biləcəyindən şübhəm yoxdur.

Cim Mattis terror təşkilatı PKK-ya heç vaxt silah vermədiklərini, heç bir zaman da verməyəcəklərini irəli sürüb.

Baş nazir Binali Yıldırım ilə İngiltərə və BMT-nin ev sahibliyi ilə təşkil edilən Somali Konfransı üçün getdiyi Londonda görüş keçirən ABŞ-ın Müdafiə naziri Mattisin ölkəsinin NATO müttəfiqi Türkiyəni qorumağa olan bağlığını təsdiq etdiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr