Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Brüsselin Bələdiyyə sədrinə sərt cavab verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsselin Bələdiyyə sədri Yvan Mayeurun sözlərinə sərt cavab verib.

731076
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Brüsselin Bələdiyyə sədrinə sərt cavab verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsselin Bələdiyyə sədri Yvan Mayeurun “Ərdoğanın dəstəklənəcəyi yığıncaq yaxud başqa tədbirlərə icazə verilməyəcəyinə” dair açıqlamasına çox sərt cavab verib.

Dövlət başçısı Çinə səfərindən əvvəl Ankara Əsənboğa Hava Limanında  jurnalistlərin suallarına cavab verərək deyib ki, Brüsselin Bələdiyyə sədri NATO-nun mənsubu deyil və NATO adına çıxış da etməyəcək. O öz işi ilə məşğul olsun. Belçikadakı NATO-nu təmsil edəcək kim varsa o danışsın, bəyanat vərsin. Mən nə Brüssel bələdiyyəsini, nə də Belçika səlahiyyətlilərini ziyarətə getmirəm.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Brüsselə NATO zirvəsində iştirak etmək məqsədi ilə gedəcəyini qeyd edərək bildirib ki, onların gücü mənim Brüsseldəki zirvədə iştirakıma mane olmağa çatırsa, buyursunlar bunu etsinlər. Bən zirvə yığıncağına gedirəm. Brüssel Bələdiyyəsinin sədri boş danışır. NATO-nun vəzifəsi nədir, nə üçün yaradılıb? Alyansın vəzifələrindən biri də terrorla mübarizədir, bunların hamısını yığıncaqda dilə gətirəcəyik.



Әlaqәli Xәbәrlәr