"DEAŞ ilə mübarizəni ən yüksək səviyyədə davam etdirən ölkə Türkiyədir", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayib Ərdoğan ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD mövzusunda atdığı addımların düzgün olmadığını söyləyib.

731131
"DEAŞ ilə mübarizəni ən yüksək səviyyədə davam etdirən ölkə Türkiyədir", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayib Ərdoğan ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD mövzusunda atdığı addımların düzgün olmadığını söyləyib.

Ərdoğan Çinə səfərindən əvvəl Ankara Əsənboğa Hava Limanında jurnalistlərin suallarına cavab verib və Çinə səfərindən sonra   15-17 may tarixlərində ABŞ-na edəcəyi səfəri dəyərləndirib.

Dövlət başçısı deyib ki, hal-hazırda ABŞ hələ də keçid prosesilə qarşı-qarşıyadır. Bu prosesdə çox diqqətli və həssas olmalıyıq. ABŞ-dan YPG-yə verilən ağır silahlar, adi silahlar deyildir. Bunlarla əlaqəli bütün sənədlər əlimizdədir, bunu ABŞ da qəbul edir. Bunlar ABŞ ilə strateji əlaqələrimizə ziddir. Belə şeylərin olmasını arzu etmərik. Bu ölkəyə səfərimdə həmin mövzular müzakirə ediləcəkdir.

PKK terror təşkilatı DEAŞ ilə mübarizəni ən yüksək səviyyədə davam etdirən ölkənin Türkiyə olduğunu vurğulayan Ərdoğan bildirib ki, DEAŞ ilə mübarizə mövzusunda Türkiyədən başqa digər ölkələrin hamısı sadəcə boş danışırlar.  

Ölkə daxilində və xaricində DEAŞ, PKK,PYD/YPG ilə qətiyyətli şəkildə mübarizə apardıqlarını qeyd edən Dövlət başçısı Ərdoğan Suriyanın şimalında terror təşkilatları ilə birlikdə şəkil çəkdirən ABŞ və Rusiyaya da reaksiya göstərib.

“Bu bölgədə nə ABŞ-na nə də Rusiyaya təhdid var. Təhdid Türkiyəyə qarşıdır. Təhdid bizə qarşı olduğuna görə özgələrinə nə? Əgər yaxşılıq ediləcəkdirsə hazırda biz, ABŞ ilə NATO-da müttəfiq ölkəyik. Buna görə də belə bir ölkə, hər halda güclü bir tərəfdaşı ilə bu bölgədə daha fərqli addımları bizimlə birgə atmalıdır. Terror təşkilatını ABŞ-ın yanında görmək istəmirik, belə bir şey bu ölkəyə yaraşmır, bizə görə bu düzgün də deyil.” deyə Ərdoğan ifadə edib.

Fətullahçı terror təşkilatı FETÖ-nün quldurbaşının Türkiyəyə qaytarılması prosesinə də toxunan Ərdoğan bildirib ki, hörmətli Trampla bunları ətraflı  şəkildə müzakirə edəcəyəm. Hazırladığımız bir sıra məlumatlar, sənədlər var. Onları təqdim edəcəyik. Bununla bağlı nəticə əldə edilənədək fəaliyyətlərimiz davam edəcək. Bu məsələlərə cənab Trampın iradəsinə əhəmiyyət verirəm. ABŞ-na səfərimin iki ölkə arasındakı əlaqələrdə  dönüş nöqtəsi olacağını düşünürəm.



Әlaqәli Xәbәrlәr