Rəcəb Tayyib Ərdoğan ilə Theresa May arasında telefon danışığı oldu

Türkiyə Prezident aparatından verilən məlumata görə, Ərdoğan -May telefon görüşündə ikitərəfli münasibətlər və regional problemlər haqqında fikir mübadiləsi aparılıb.

729061
Rəcəb Tayyib Ərdoğan ilə Theresa May arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin baş naziri Theresa May ilə telefonla görüşdü..
 
 Türkiyə Prezident aparatından verilən məlumata görə, Ərdoğan -May telefon görüşündə ikitərəfli münasibətlər və regional problemlər haqqında fikir mübadiləsi aparılıb.
 
Liderlər Suriya, Kipr və Avropa Birliyi məsələlərinə də toxunublar.
 
İngiltərənin baş naziri  bir sıra sahədəTürkiyə ilə əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirib, xüsusilə, müdafiə sahəsində güclü tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
 
 Kipr müzakirələrinə də toxunulan görüşdə May tarixi bir anlaşma imkanı qarşısında bütün tərəflərin cəsarətli addımlar atmağa hazır olmasının vacibliyini qeyd edib və ölkəsinin də həll yolunun tapılmasında  iştirak etməyə hazır olduğunu deyib.

 Suriya məsələsində Astana danışıqlarında əldə olunan irəliləyişlərdən məmnunluğunu ifadə edən May Türkiyənin deeskalasiya sahələrinin yaradılmasında oynadığı konstruktiv rolu qeyd edib.
 
 May danışıqların Əsədin hakimiyyətdən uzaqlaşması ilə nəticələnəcək daha geniş bir siyasi proseslə əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
 
 İngiltərə baş naziri Türkiyənin həm Somaliyə etdiyi diqqətəlayiq töhfəni, həm də Somalidə təhlükəsizliyin bərqərar olmasında oynadığı güclü liderlik rolunu da qeyd edib.

 Bu ayın sonunda Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO toplantısında bir araya gəlmək arzularını dilə gətirən Ərdoğan və May sabah da İngiltərənin paytaxtı Londonda baş tutacaq Somali Konfransında görüşəcəklər.



Әlaqәli Xәbәrlәr