"Bizim bilikli və təcrübəli gənclərə ehtiyacımız var"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ifadə azadlığını başqalarının da bu hüquqlara hörmət etməsi şərti ilə hər zaman müdafiə etdiklərini söyləyib.

727413
"Bizim bilikli və təcrübəli gənclərə ehtiyacımız var"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ifadə azadlığını başqalarının da bu hüquqlara hörmət etməsi şərti ilə hər zaman müdafiə etdiklərini söyləyib.

Gənclərə özlərini inkişaf etdirmələri tövsiyə edən Ərdoğan mənbə olaraq kitabları göstərib.

Dövlət başçısı Ərdoğan İstanbul “Meridian Open Beynəlxalq Münazirə Turniri”nin mükafat mərasimində çıxış edərək deyib ki, biliyini natiqlik və ünsiyyət qabiliyyəti ilə ortaya qoya bilməyən bir gəncin hədəflərinə çata bilməsi çətindir. Münazirə münaqişə etmə deyil, məlumatdan təsirli istifadə etmə sənətidir.

İfadə azadlığını hər zaman müdafiə etdiklərini vurğulayan dövlət başçısı "Fikirlərin rahatca danışılıb müzakirə edilmədiyi yerdə zorakılıq hökm sürər. Bunun üçün biz düşüncə və ifadə azadlığını, başqalarının da eyni hüquqlara hörmət göstərmələri şərtiylə sonuna qədər müdafiə etdik, gücləndirdik. Bizə sorğusuz, sualsız inanan nadan gənclik deyil, nəyə inandığını, nəyi müdafiə etdiyini, nəyin mübarizəsini apardığını bilən, bunun üçün lazım olan hər biliyə sahib bir gənclik lazımdır." deyə bildirib.  



Әlaqәli Xәbәrlәr