İlham Əliyev:"Türkiyə ilə həmrəy olduğumuzu bir daha göstərdik"

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq prosesinin bərpa olunması qərarının çox ədalətsiz olduğunu bildirdi.

727099
İlham Əliyev:"Türkiyə ilə həmrəy olduğumuzu bir daha göstərdik"

 Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı IV Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün  Azərbaycana getdi.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin mədəniyyət və turizm nazirini Zuğulba Prezident İqamətgahında qəbul etdi.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq prosesinin bərpa olunması qərarının çox ədalətsiz olduğunu bildirərək: "Biz  bunu qəbul edə bilmərik. Bu çox yanlış bir addım idi. Özlərinə də xeyir gətirməyəcək. Bu qərar həm Azərbaycan parlamentində, həm də mətbuatda qınandı. Türkiyə ilə həmrəy  olduğumuzu bir daha göstərdik" dedi.
 
 AŞPA-nın Türkiyə ilə bağlı qərarına Azərbaycanda göstərilən reaksiyalara görə təşəkkür edən Avcı İlham Əliyevə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdı.
 
 Əliyev də Avcıdan Ərdoğana salamlarını çatdırmağı xahiş etdi.
 
 Türkiyə ilə turizm əlaqələrinin daha da inkişaf etdirilməsindən danışan Azərbaycan prezidenti Azərbaycan turizminin yüksəldiyini, keçən il bu sektorda 25 % artım qeyd olunduğunu söylədi.  İlham Əliyev məqsədin turizmi Azərbaycan iqtisadiyyatının mühüm sektoruna çevirmək olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr