Rəcəb Tayyib Ərdoğan:"Biz 80 milyonun könlünü qazanmağa çalışırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yenikapıda təşkil olunan İstanbul Gənclər Festivalının açılışında çıxış etdi.

726132
Rəcəb Tayyib Ərdoğan:"Biz 80 milyonun könlünü qazanmağa çalışırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yenikapıda təşkil olunan İstanbul Gənclər Festivalının açılışında çıxış etdi. Prezident çıxışında heç kimi yadlaşdırmadıqlarını söylədi və: "Biz 80 milyonun könlünü qazanmağa çalışırıq. Buna nail olacağıq. Bu gün bizimlə olmayanlar, sabah bizimlə bərabər addımlaya bilərlər" ifadələrini işlətdi.
 
Terrorizmlə mübarizə əməliyyatlarına da toxunan Ərdoğan: "Əgər bəziləri bizi narahat edirsə, bir gecə qəflətən gələ bilərik. Hər kəs öz yerini biləcək, heç kim bu millətə qarşı səhv işlər görməyəcək" şəklində danışdı.

Sonra Türkiyə prezidenti Fənərbaxça Klubunun "Hədəf 1 Milyon Üzv" stendinə baxdı.
 
Ərdoğanı "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım və futbolçular Volkan Dəmirəl və Musa Sov qarşıladılar.



Әlaqәli Xәbәrlәr