Türkiyənin Sürixdәki Baş Konsulluğuna hücum edilib

Mayın 1-dә Türkiyәnin Sürixdәki Baş Konsulluğuna  boya dolu şüşәlәrlә hücum tәşkil edilib.

723709
Türkiyənin Sürixdәki  Baş Konsulluğuna hücum edilib

Mayın 1-dә Türkiyәnin Sürixdәki Baş Konsulluğuna  boya dolu şüşәlәrlә hücum tәşkil edilib.

Mәlumata görә,  hücum  üzü maskalı  tәxminәn 100  nəfər tәrәfindәn törәdilib.

Atılan boyaların rəngləri  təcavüzkarların separatçı terror təşkilatı PKK tərəfdarları olduqları şübhəsini artırıb.

Bununla yanaşı, naməlum şəxslər baş konsulluğun yaxınlığındakı avtobus dayanacağı və qarşıdakı binaya qırmızı boyalarla "Ərdoğanı öldürün" şüalarını yazıblar.

Hücum zamanı tәhlükәsizlik qüvvәlәrindәn  başqa binada heç kimin olmadığı bildirilib.

Polis hadisə ilə əlaqədar istintaq aparır.

Türkiyənin İsveçrədəki baş konsulu Asiyə Nurcan İpəkçi  Anadolu Agentliyinә verdiyi açıqlamada,  polis əməkdaşlarının müdaxiləsindən sonra vəziyyətin normallaşdığını bildirib.



Әlaqәli Xәbәrlәr