R.T.Ərdoğan:''Suriyanın şimalında ‘‘terror dəhlizi’’ yaradılmasına icazə verməyəcəyik''

“ ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir”.

723108
R.T.Ərdoğan:''Suriyanın şimalında ‘‘terror dəhlizi’’ yaradılmasına  icazə verməyəcəyik''

“ ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir”.

Bunu bu gün Hindistana səfərdən öncə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

‘‘Biz bu mənzərədən narahat oluruq. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ prezidenti Donald Trampa çatdıracağıq’’- deyә Türkiyәnin dövlәt başçısı qeyd edib.

Rәcәb Tayyib Ərdoğan Suriyanın şimalında ‘‘terror dəhlizi’’ yaradılmasına heç vaxt icazə verməyəcəklərini bir daha vurğulayıb.

Dövlәt başçısı  Türkiyә Hәrbi Hava Qüvvәlәri tәrәfindәn  bölgədə çox sayda PYD  terrorçusunun  zərərsizləşdirildiyi hərəkata toxunub  vә  hәr an  bu cür әmәliyyatların davamının hәyata keçirilә bilәcәyini  vurğulayıb. O, bildirib ki:  ''Biz əndişə ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar”.



Әlaqәli Xәbәrlәr