Türkiyə prezidenti Hindistana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın dövlət başçısı Pranab Mukherjeenin dəvəti ilə sabah Hindistana səfər edəcək.

722822
Türkiyə prezidenti Hindistana səfər edəcək

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 aprel -1 may tarixlərində Hindistana olan səfəri çərçivəsində Hindistan prezidenti Mukherjee  və baş naziri Narendra Modi ilə təkbətək və heyətlərarası görüşləri olacaq.
 
Türkiyə prezidenti Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari və xarici işlər naziri Sushma Svarajı da qəbul edəcək.
 
 Səfər münasibətilə Türkiyə və Hindistanın aparıcı şirkətlərinin rəhbərlərinin qatılacağı "Türkiyə-Hindistan Biznes Forumu" keçiriləcək.
 
 Prezident Ərdoğanın keçirəcəyi görüşlərdə Hindistan ilə ikitərəfli əlaqələr müzakirə ediləcək,  regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr