Rəcəb Tayyib Ərdoğanla Viktor Orban arasında telefon danışığı oldu

Telefon görüşündə Macarıstanın baş naziri Orban prezident Ərdoğanı 16 Aprel Referendumunun nəticələri münasibətilə təbrik etdi.

722233
Rəcəb Tayyib Ərdoğanla Viktor Orban arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın baş naziri Viktor Orban arasında telefon danışığı oldu.

Telefon görüşündə Macarıstanın baş naziri prezident Ərdoğanı 16 Aprel Referendumunun nəticələri münasibətilə təbrik etdi.

Liderlər 14-15 may tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcək "Bir Nəsil Bir Yol"  forumunda görüşməyə qərar verdilər.

Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban Avropa Parlamentində etdiyi çıxışından sonra keçirdiyi mətbuat konfransında "Türkiyədə sabitlik olmasa, hamımızın başı ağrıyar" ifadəsini işlətmişdi.

 

 



Әlaqәli Xәbәrlәr