"Terrorla mübarizə ölkə daxilində və xaricində qətiyyətli şəkildə davam etdiriləcək",B.Yıldırım

Baş nazir Binəli Yıldırım terrorla mübarizənin ölkə daxilində və xaricində qətiyyətli şəkildə davam etdiriləcəyini bildirib.

720527
"Terrorla mübarizə ölkə daxilində və xaricində qətiyyətli şəkildə davam etdiriləcək",B.Yıldırım

Baş nazir Binəli Yıldırım terrorla mübarizənin ölkə daxilində və xaricində qətiyyətli şəkildə davam etdiriləcəyini bildirib.

Baş nazir Radio və Televiziya Jurnalistləri Dərnəyinin mükafat təqdim etmə mərasimində jurnalistlərin suallarına cavab verib.

Türkiyənin terror təhdidinə yerindəcə son qoymaq üçün vacib olan addımları atmaqda davam etdiyini vurğulayan baş nazir deyib ki, ölkəmizin və millətimizin əmin-amanlığına istiqamətli təhdid davam etdiyi müddətdə, təhdidin hansı ölkədən olduğuna baxmayaraq, yerincədə bərtərəf etmək üçün vacib addımları atarıq. Suriyada yerləşən Karaçok dağları və İraqdakı Sincar terror düşərgələrinə ötən gün gecə təşkil edilən əməliyyat bu mənada dəyərləndirilməsi vacib olan mövzudur.

Türkiyənin terrorla amansız şəkildə mübarizəsini davam etdirdiyini bildirən baş nazir Binəli Yıldırım vurğulayıb ki, 15 iyul qanlı çevriliş cəhdindən sonra dövlət idarələrinin Fetullahçı Terror Təştilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PYD) ünsürlərindən təmizlənməsi üçün fəal hüquq prosesi başladıldı və bu proses davam edir.

Baş nazir Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı “siyasi nəzarət” qərarının onu təəccübləndirmədiyini, çünki o qərar üçün səs verənlərin hamısının PKK-nın terror təşkilatı kimi qəbul edilməməsi üçüh cəhd göstərən şəxslər olduğunu söyləyib.

Avropa İttifaqına bu qərarın əks-sədalarının da görüləcəyini vurğulayan Baş nazir Türkiyənin İttifaqa üzvlük mövzusunda millətin də qərarının önəmli olduğunu, məsələni referenduma təqdim edə biləcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr