Dövlət başçısı Rəcəb Tayib Ərdoğanın vəkili fransız politoloq Philippe Moreau Defargesi şikayət etdi

Dövlət başçısı Rəcəb Tayib Ərdoğan fransız politoloq Philippe Moreau Defarges barəsində ona qarşı istifadə etdiyi sözlərinə görə “Dövlət rəhbərinə sui-qəsd təşkil etməkdə”  müqəssir olduğuna dair şikayət edib.

719287
Dövlət başçısı Rəcəb Tayib Ərdoğanın vəkili fransız politoloq Philippe Moreau Defargesi şikayət etdi

Dövlət başçısı Rəcəb Tayib Ərdoğan fransız politoloq Philippe Moreau Defarges barəsində ona qarşı istifadə etdiyi sözlərinə görə “Dövlət rəhbərinə sui-qəsd təşkil etməkdə”  müqəssir olduğuna dair şikayət edib.

Dövlət başçısının vəkili Hüseyn Aydın müvəkkili Ərdoğan adından Ankara Cümhuriyyət Baş Prokurorluğuna dörd səhifədən ibarət cinayət elanı ərizəsi verib.

Ərizədə fransız politoloq Defargesin televiziya kanallarından birində Türkiyənin dövlət başçısı Ərdoğan haqqında səsləndirdiyi”... Gördüyüm qədəri ilə hüquq yolu bağlandı, ya vətəndaş müharibəsi yaxud da ifadə edilməsi çətin bir hipoteza, Ərdoğanın öldürülməsidir. Belə bir mühitdə sui-qəsdi  unutmayaq.” sözləri yer tutub.  

Ərizədə bildirilib ki, Defargesin açıqlamaları Qərbdə artıq bir psixiatriya xəstəliyinə çevirilən Ərdoğan düşmənliyinin çatdığı nöqtəni ibrətamiz şəkildə ortaya qoyur. Defargesin açıq şəkildə Ərdoğana sui-qəsd təşkil etməsi  ilə sadəcə hüquqşünaslar yox, psixiatrlar da maraqlanmalıdır. Bu politoloq ifadə etdikləri ilə 5237 nömrəli Türk Cinayət Məcəlləsinin 310-cu maddəsində nizamlanan “Dövlət rəhbərinə sui-qəsd və faktiki hücum” cinayətinə təşəbbüs etmişdir. Daha əvvəl Avropanın müxtəlif paytaxtlarında  Dövlət başçımıza sui-qəsd cinayətinə dəvət xüsusiyyətində hərəkətlər və Avropanın müxtəlif ölkələrində açıq-aşkar himayə edilən terror təşkilatları da nəzərdə tutulduqda, şübhəli şəxsin açıqlamalarının bəsit bir düşüncə bəyanatı xüsusiyyətində olmadığı və bildirilən cinayəti təşkil etmə vəsfində olduğu aydındır. Şübhəli bərasində isnad edilən cinayətə görə Türkiyədə istintaq aparılması hüquq çərçivəsində mümkündür.

Ərizədə bildirilib ki, Dövlət rəhbərinə sui-qəsd və fəal hücum” cinayətinə görə istintaq başladılması üçün cinayətkarın Türkiyədə olmasına ehtiyac yoxdur. Ədliyyə Nazirliyinin də tələbinə də ehtiyac olmadan cinayətkar barəsində hər hansı şərtdən asılı olmadan istintaq aparılması hüquq cəhətdən mümkündür.

Defarges barəsində verilən ərizədə Türkiyəyə gələcəyi yaxud Türkiyəyə qaytarılacağı təqdirdə onun psixologiyasının normal olub olmadığı barədə, sağlıq heyəti tərəfindən müşahidə altına alınması istənib.

Ərizədə psixologiyasının normal olduğu sübuta yetiriləcəyi təqdirdə Defargesin terror təşkilatı PKK və Fətullahçı Terror Təşkilatı FETÖ başda olmaqla terror təşkilatları ilə əlaqəsi olan və sui-qəsd təlimatını kimlərə vərdiyinin araşdırılması istənib, həmçinin istintaq nəticəsində əldə edilən dəlillərə görə Defarges və əlaqəli şəxslər barəsində dövlət səviyyəsində cinayət işi qaldırılması tələb edilib.  



Әlaqәli Xәbәrlәr