Türkiyə rəsmiləri 23 Aprelə Anıtkabirdən başladı

Anıtkabirdə təşkil edilən mərasimdə Baş nazir Binəli Yıldırım, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlet Bahçeli, nazirlər, müavinləri, TBMM İdarə Heyəti üzvləri və millət vəkilləri iştirak edirdi.

718726
Türkiyə rəsmiləri 23 Aprelə Anıtkabirdən başladı

  23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 97-ci ildönümü bütün Türkiyədə və xarici nümayəndəliklərdə tədbirlərlə qeyd olunub.

  Paytaxt Ankarada Atatürkün mavzoleyi Anıtkabirdə təşkil edilən mərasimə məktəblilər əllərində Türkiyə bayraqları ilə gəlmişdilər.

  Milli Təhsil Naziri İsmət Yılmazın başçılıq etdiyi heyət 23 Aprel Milli Suverenlik və Uşaq bayramı münasibətilə Anitkabiri ziyarət etdi. Nazir xatirə dəftərinə bu sözləri yazdı: "23 Apreli və təmsil etdiyi bütün dəyərlərini nəsildən nəsilə qürurla aparacağıq."

  TBMM sədrinin vəkili Əhməd Aydın və heyəti də 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Anitkabiri ziyarət etdi. Ə.Aydın Anıtkabir xatirə dəftərinə bu sözləri yazdı: "Hədəfimiz dövlətimizin və millətimizin əbədi yaşamasına xidmət etməkdir".

  Anıtkabirdə təşkil edilən mərasimdə Ə.Aydınla yanaşı Baş nazir Binəli Yıldırım, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlet Bahçeli, nazirlər, müavinləri, TBMM İdarə Heyəti üzvləri və millət vəkilləri iştirak edirdi.



Әlaqәli Xәbәrlәr