"Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, müstəqilliyin simvoludur", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq bayramı münasibətilə uşaqları təbrik edib.

718515
"Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, müstəqilliyin simvoludur", R.T.Ərdoğan

  İstiqlal Müharibəsinin Baş komandanı, 97 yaşlı Türkiyə Böyük Millət Məclisinin yaradıcısı Qazi Mustafa Kamal Atatürklə birlikdə bütün şəhid və qaziləri rəhmət və minnətlə yad edən Ərdoğan Uşaq bayramı təbrikində deyib:

  “Ötən əsrin 20-ci illərində vətənin dörd bir tərəfi işğal edildi, millət yoxolma eşiyində qaldı, amma belə bir həyati mücadilə dövründə türk milləti yenidən dirildi, silkələndi və müvazinətin timsalı oldu.

  "Hakimiyyət qeyd-şərtsiz millətindir" şüarıyla Qurtuluş Savaşı başlayan türk milləti bütün cəhdlərə baxmayaraq ayağına qandal vurulmasına razı olmadı, ölüm-dirim mübarizəsini zəfərlə başa vurdu.

  Milli iradənin təcəssümü, istiqlal müharibəsinin qərargahı olan Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, müstəqilliyin simvoludur. Elə bu anlayışla biz milli iradəyə qarşı olan gücləri aradan qaldırma və uşaqlarımıza daha dinc və etibarlı bir gələcək buraxmanın mübarizəsini veririk."



Әlaqәli Xәbәrlәr