"Dünyanın ən ecazkar 100 adı"ndan biri Ərdoğandır

Bu siyahı dünyanın hər yerində qatı qaydaları pozan, rekordları qıran, səssizliyi qaldıran və sərhədləri yıxaraq əslində nələr edə biləcəyini ortaya qoyan insanlar arasından seçilir.

717808
"Dünyanın ən ecazkar 100 adı"ndan biri Ərdoğandır

  ABŞ-ın “Time” jurnalının builki "Dünyanın ən ecazkar 100 adı" siyahısında Rəcəb Tayyib Ərdoğanın da adı var.

  14-cü dəfə hazırlanan “TIME 100” siyahısı dünyanın öndə gedən nüfuzlu adamlarını 5 müxtəlif kateqoriya üzrə bölərək dünyanın ən ecazkar adlarını təyin edir.

  Bu siyahı dünyanın hər yerində qatı qaydaları pozan, rekordları qıran, səssizliyi qaldıran və sərhədləri yıxaraq əslində nələr edə biləcəyini ortaya qoyan insanlar arasından seçilir.

  Bu adlar arasında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İngiltərənin Baş naziri Tereza May, Hindistanın Baş naziri Narendra Modi, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp, “Wikileaks”ın qurucusu Culian Assanj, Şimali Koreya lideri Kim Yonq Un, Çinin dövlət başçısı Şi Cinpinq, Filippin dövlət başçısı Rodriqo Duterte, Rusiya prezidenti Vladimir Putin və Katoliklərin ruhani lideri Papa Franciskus var.

  İlin 100 məşhur adları arasında Emma Stoun, Ed Şiran, Alişia Keys, Rayan Reynolds, Lesli Cons, Marqot Robbi, Sara Paulson, Demi Lovato, Con Lecend də yer alır.

  Siyahının qabaqcıllar kateqoriyasında “Chobani” firmasının sahibi, türk iş adamı Hamdi Ulukaya və ABŞ prezidenti Trampın qızı İvanka Tramp da var.

  Titanlar kateqoriyasında ABŞ Mərkəz Bankının sədri Canet Yellen, basketoblçu Lebron Ceyms, “Snapchat”ın qurucusu Evan Şpiqel, NFL oyunçusu Tom Bredi və “Formula 1” pilotu Ceyms Ellison yer tutur.

  İkonalar kateqoriyasında isə böyük bədən modeli Aşli Qreyam, “Barcelona”lı futbolçu Neymar, ABŞ-lı gimnastçı Simone Bils və “Christian Dior” və “Calvin Klein” kimi markaların kreatif direktoru Raf Saymonsın adları var.



Әlaqәli Xәbәrlәr