Baş nazir Binəli Yıldırım 26 ölkədən gələn uşaqları qəbul etdi

Baş nazir Binəli Yıldırım 26 ölkədən, "39-cu TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi" üçün Türkiyəyə gələn uşaqları qəbul edib.

717466
Baş nazir Binəli Yıldırım 26 ölkədən gələn uşaqları qəbul etdi
başbakan 23 nisan çocukları2.jpg
başbakan 23 nisan çocukları1.jpg

Baş nazir Binəli Yıldırım 26 ölkədən, "39-cu TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi" üçün Türkiyəyə gələn uşaqları qəbul edib.

Çankaya Köşkündə baş tutan qəbulda dünya uşaqları  ölkələrinin rəqslərini nümayiş etdiriblər.

Baş nazir Yıldırım qəlubda etdiyi çıxışda deyib ki, sizlər dünyanın ən qiymətli qonaqlarısınız. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı bütün dünya uşaqlarına, xoşbəxtlik, sevinc və dinclik gətirsin.

23 Aprelin dünyada sadəcə Türkiyədə, beynəlxalq mənada uşaqların bir araya gələrək qeyd etdiyi bir gün olduğunu ifadə edən Yıldırım 23 Aprelin eyni zamanda Türkiyənin müstəqilliyinə və azadlığına qovuşduğu gün olduğunu vurğulayıb.

23 Aprel- Milli Suverenlik və Uşaq Bayramının Türkiyənin ev sahibliyi ilə dünyanın müxtəlif yerlərindən uşaqların bir araya gələrək reallaşdırdığı sülh, sevgi və qardaşlıq mərasimi olduğunu qeyd edən baş nazir Yıldırım onu da deyib ki, kaş ki, biz böyüklər də sizin kimi bir araya gəlsək eyni qardaşlığı, eyni sevgini təmin edə bilsək. Kaş ki günahsız uşaqların öldürülməsinə mane ola bilsək. Sizin kimi tərtəmiz dünyamızı bir çiçək bağçasına çevirə bilsək. Cümhuriyyətimizin banisi və 23 Aprel gününü uşaqlara bayram olaraq ərmağan edən Qazi Mustafa Kamal Atatürkə millətimiz adına minnətdarlığımızı bildiririk. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Dünyanın bütün uşaqları üçün uğurlu, dinc, işıqlı bir gələcək diləyən baş nazir deyib ki, bir birinizlə ünsiyyətdə olun.

"Biz istəyirik ki, dünyanın heç bir tərəfində, heç bir uşağa haqsızlıq edilməsin, uşaqlar ağlamasın, ana və atalar kədərlənməsin.

Bu arada TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi ilə əlaqəli tədbirlər barədəki məlumatları "www.trt23nisan.com" internet ünvanı ilə "instagram.com/trt23nisan", "twitter.com/trt23nisan" və "facebook.com/TRT23Nisan" sosial şəbəkələrdən əldə edə bilərsiniz .



Әlaqәli Xәbәrlәr