YSK referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etmədi

Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı iclası keçirildi.

716618

İclasda  şikayətlər əsassız sayılıb. Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib.  

Qeyd edək ki, Türkiyənin əsas müxalifət qurumu sayılan Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokrat Partiyası (HDP) və Vətən Partiyası aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (YSK) müraciət etmişdi. 

Әlaqәli Xәbәrlәr