Müxtəlif ölkələrdən gələn uşaqlar dövlət başçısı R.T Ərdoğanın qəbulunda oldular

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhurbaşqanlığı İqamətgahında 39-cu TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyinə qatılan uşaqları qəbul edib.

717223
Müxtəlif ölkələrdən gələn uşaqlar dövlət başçısı R.T Ərdoğanın qəbulunda oldular

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhurbaşqanlığı İqamətgahında 39-cu TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyinə qatılan uşaqları qəbul edib.

Bu il də dünyanın müxtəlif yerlərində təəssüf ki on minlərlə uşağın 23 Apreli görmə imkanını tapa bilmədiyini ifadə edən Ərdoğan şair Nazim Hikmətin '' Qız Uşağı '' şeirindən də bir hissə səsləndirərək deyib ki, uşaqlar öldürülməsin. Böyüklərin səbəb olduğu hərblərin mənfi nəticələrinə uşaqlar məruz qalır, bunun günahını onlar çəkir. Biz uşaq yaşasın istəyirik. Uşaqlar yaşasın ki, böyüyəndə daha gözəl bir dünyanın yaranmasına töhfə versinlər. Daha da əhəmiyyətlisi uşaq yalnız yaşamaqla qalmasın, özlərini əmin-amanlıq içində hiss etsinlər, ərzaqdan geyimə, təhsildən sağlamlığa hər cür xidməti alsınlar istəyirik.

Türkiyənin müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının vasitəsilə müxtəlif ölkələrdə uşaqlara istiqamətli kömək, təhsil, səhiyyə fəaliyyətləri icra etdiyini qeyd edən Ərdoğan bildirib ki, insanın, hələ uşağın olduğu yerdə biz başqa bir meyar axtarmarıq. Dünyadakı bütün donorlar arasında bu mövzuda Türkiyə, Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdədir. Ayrıca ümumi daxili məhsulla müqayisədə Türkiyə birinci yeri tutur. Çünki biz dertliyik. Biz məzlum və zərər çəkmiş uşaqların yanında yer almağa davam edəcəyik.



Әlaqәli Xәbәrlәr