Ankarada Müqəddəs Doğum Həftəsi (video)

Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin Müqəddəs Doğum Həftəsi tədbirləri “Həzrəti Məhəmməd və etibarlı cəmiyyət” mərasimi ilə açıldı.

717241
Ankarada Müqəddəs Doğum Həftəsi (video)

  Ankarada təşkil olunan, Qurani-Kərim avazıyla başlayan, ilahilərlə davam edən proqramda Baş nazir Binəli Yıldırım həyat yoldaşı Semiha Yıldırımla iştirak etdi. B.Yıldırım çıxışında bunları söylədi: “Din istismarçılığın 15 iyulda bu ölkəyə yaşatdığı vəziyyəti birlikdə gördük”.

  Mehmet Görmez isə Həzrəti Məhəmmədin qadınların etibarlı mühitdə yaşamasına toxundu: "İçində yaşadığımız dünya etibarı itirməkdədir. Allah müsəlman qadının bütün ölkələrdə güvən içində yaşamasını nəsib etsin. Təkcə öz coğrafiyamızda deyil, könül məkanında və hər yerdə etibarın təmin olunmasını uca rəbbimiz bizə qismət etsin."



Әlaqәli Xәbәrlәr