“Bu bir ittiham və böhtandır”, R.T.Ərdoğan

“CNN International” kanalına müsahibə verən Ərdoğan bazar günü edilən konstitusiya dəyişikliyilə bağlı referendum nəticələri və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla etdiyi telefon danışığıyla əlaqədar fikirlərini bölüşüb.

715757
“Bu bir ittiham və böhtandır”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan demokratiyanın gücünü xalqdan aldığını, bunun da adının milli iradə olduğunu vurğulayıb.  

  “CNN International” kanalına müsahibə verən Ərdoğan bazar günü edilən konstitusiya dəyişikliyilə bağlı referendum nəticələri və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla etdiyi telefon danışığıyla əlaqədar fikirlərini bölüşüb.  

  Ərdoğan deyib: “Diktatorluq demək bir ittiham və böhtandır. Bu sistem Rəcəb Tayyib Ərdoğana məxsus deyil. 1-0 və ya 5-0 hesabıyla qazanmaq, fərqi yoxdur, əsas nəticə, əhəmiyyətli matçda udmaqdır. 14-15 ildir diktator sözünü işlədirlər. Seçki qutuları ortada. Demokratiya gücünü xalqdan aldı ki, bunun da adı milli iradədir. Yeni sistem Türkiyənin demokratik tarixində dəyişilməni təmsil edir.

  Mən faniyəm, hər an ölə bilərəm. Hər an ölməyə məhkum olan bir insan üçün belə bir sistem hazırlanarmı?"

  ABŞ prezidenti Donald Trampın referendumdan sonra onu təbrik etdiyinə də toxunan Ərdoğan söhbətdən müsbət siqnallar aldığını və Trampla üz-üzə görüşdükdən sonra müttəfiq iki ölkə arasında bir çox problemi həll edə biləcəklərini söyləyib.

  "FETÖ başçısının da qaytarılmasıyla bağlı ümidim var və bu ümidi qorumaq istəyirəm" deyən Ərdoğan Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunaraq bunları söyləyib: "54 ildir bizi qapıda gözlədirlər. Avropa İttifaqı immiqrant böhranında və terrorla mübarizədə əsas rol oynayan Türkiyəyə verdiyi sərbəst viza və immiqrantlara maddi yardım sözlərinə əməl etməlidir.”



Әlaqәli Xәbәrlәr